Putin kamera qarşısında niyə peyvənd olunmayıb? – Səbəbini özü AÇIQLADI

Putin kamera qarşısında niyə peyvənd olunmayıb? – Səbəbini özü AÇIQLADI

Hazırda oxunan: Putin kamera qarşısında niyə peyvənd olunmayıb? – Səbəbini özü AÇIQLADI

16060

Vladimir Putin jurnalistlərin yanında və kameralar qarşısında koronavirus peyvəndini niyə almadığını izah edib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi yayıb.

"Yaxşı, biz həqiqətən meymunluq etməliyik, yoxsa yox? Başqasının haradasa nə etdiyini etmək lazımdırmı? Yəqin ki, yox". Prezident Putin “Rusiya 1” telekanalının efirində belə deyib.

 

MÖVZU İLƏ BAĞLI:

Putin açıq peyvənd olunmaqdan imtina etdi: “Xoşu gəlmir” 


Dövlət başçısı vurğulayıb ki, prosedur foto və videoqrafların iştirakı ilə baş tutsa da, şprisdə nə olduğunu heç kəs bilmir.

"Axı bu səviyyədə kimsə orada bir şeyi saxtalaşdırmaq, kimisə aldatmaq istəyirsə, bunu etmək çətin deyil. Bu inyeksiyanı göstərə bilərsən, amma əslində orada qatıq, ya da portağal suyu ola bilər. Əlbəttə, zarafat edirəm, bu, sadəcə vitamindir”, - deyə o, qeyd edib.

Mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, prezident 23 martda peyvənd olunub, ikinci peyvənd isə üç həftə içində ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO