Ermənistan zəif, Azərbaycan isə güclüdür - Erməni hərbi ekspert

Ermənistan zəif, Azərbaycan isə güclüdür - Erməni hərbi ekspert

Hazırda oxunan: Ermənistan zəif, Azərbaycan isə güclüdür - Erməni hərbi ekspert

160044

Ermənistan zəif, Azərbaycan isə güclüdür.

Bizim.Media xəbər verir ki, bu fikirləri erməni hərbi ekspert, ehtiyatda olan polkovnik Ayk Naqapetyan “168 Jam” nəşrinə müsahibəsində Ermənistanın xarici siyasətini şərh edərkən bildirib.

Onun sözlərinə görə, Ermənistan öz həvəskar hökmdarları sayəsində məğlub oldu, bu da nəticədə erməni xalqını indiki vəziyyətə saldı.

"Biz bu reallığı nəzərə almalıyıq. Təbii ki, danışıqlar zamanı zəifin hesabına güclüyə daha çox yer verilir. Bəli, biz zəifik, Azərbaycan isə güclüdür. Biz Paşinyanın ziddiyyətli fikirlərinə və açıqlamalarına baxmayaraq, ona kifayət qədər ciddi baxırıq. Ancaq onun açıqlamalarını əsas götürməməliyik, əslində etiraf etməliyik ki, Cənubi Qafqazda regionumuzun 3 əsas oyunçusu (Türkiyə-Rusiya-İran - red.) var.

Fikrimcə, onlar regionda sabitliyin qorunması ilə bağlı konsensusa gəliblər. Buna uyğun olaraq təklif edilən 3+3 formatı ilk növbədə regionda sabitliyin təminatıdır. Bəli, bu ölkələr arasında ziddiyyətlər var, lakin bu ziddiyyətlər danışıqlar yolu ilə həll olunur. Yeri gəlmişkən, Azərbaycan və Gürcüstan da 3+3 formatının tərəfdarıdır, lakin Ermənistan bunun əleyhinədir.

İndi təsəvvür edək ki, regionumuzun bu formatda aktor olan və regional proseslərə ciddi təsir göstərən beş dövləti razılaşır, lakin Ermənistan bunun əleyhinədir. Sizcə Ermənistan udacaq, yoxsa uduzacaq, təbii ki, uduzacaq. 
Bu baxımdan qeyd etmək lazımdır ki, Arazdəyən-Ordubad-Meğri-Horadiz dəmir yolu açılsa, Ermənistanın çox sərfəli mövqedə qalacağını düşünürəm. Ermənistan tranzit ölkəyə çevrilə bilər. Blokada zamanı açılmalı və ya yeni tikilməli olan kommunikasiyalarda isə Ermənistan iştirak etməlidir”, - deyə Ayk Naqapetyan bildirib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO