Aleksey Arestoviç:

Aleksey Arestoviç: "II Qarabağ müharibəsinin ikinci raundu qaçılmazdır"

Hazırda oxunan: Aleksey Arestoviç: "II Qarabağ müharibəsinin ikinci raundu qaçılmazdır"

15969

"Hazırda Azərbaycan nəinki Dağlıq Qarabağ, hətta Ermənistanın daxilinə təsir etmək gücündədir. Sadəcə, Bakı ən optimal variantı seçib"

Bizim.Media xəbər verir ki, bu sözləri ukraynalı hərbi və siyasi şərhçi Aleksey Arestoviç canlı yayımların birində səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan Qarabağın bərpası üçün 200 milyon dollar ayırdı - Paşinyandan QƏRAR


Ekspertin sözlərinə görə, problemin həlli üçün elə bir üsul müəyyənləşdirilib ki, tərəflərin heç biri narazı qalmasın:

"Unutmaq olmaz ki, Qarabağda sülhməramlı qismində ruslarla yanaşı türk hərbçilər də fəaliyyət göstərir. Müharibədə qələbə qazanan Azərbaycan konfliktin həllində ən uğurlu metodu seçdi. 44 günlük savaşdan öncəki vəziyyətlə müqayisə etsək, demək olar ki, Bakı Qarabağla bağlı qarşısına qoyduğu tapşırıqların 65 faizini həll edib. Bu iri rəqəmdir. Digər məqsədlərə çatmaq üçün də işlər davam etdirilir"

Müsahibəsində savaşın hələ bitmədiyini və müharibənin növbəti raundlarının qaçılmaz olduğunu dilə gətirən ukraynalı politoloq əlavə edib ki,

"II Qarabağ müharibəsinin ikinci raundunda Dağlıq Qarabağ separatçılardan təmizlənəcək və Azərbaycana birləşdiriləcək. Bunun nə vaxt baş verəcəyinin dəqiq tarixi bəlli deyil.

Amma savaşın ikinci mərhələsi Dağlıq Qarabağdakı qondarma rejimin məhvi, sülhməramlıların nəzarətində olan zonanın Azərbaycana qaytarılmasını təmin edəcək.

Onu da deyim ki, müharibənin ikinci raundu silahlı yox, siyasi döyüşlər, danışıqlarla da aparıla bilər"

Aleksey Arestoviç sonda vurğulayıb ki, Ermənistanın yeni ərazi qazanmaq, döyüşlər başlayacağı təqdirdə zəfər çalmaq kimi şansları yoxdur.

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO