Ermənistan ordusu köhnə və modernizə edilməmiş T-55 tanklarını poliqona çıxarıb. Təlimlərdə bir neçə T-72 tankı da görünüb.
Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistan ordusu özünün tank arsenalının böyük qismini 44 günlük Qarabağ müharibəsində itirib.
Ermənistanın 270-ə yaxın tankı Azərbaycan ordusu tərəfindən məhv edilib, 70-dən çox tank isə hərbi qənimət kimi götürülüb.
Hazırda onların bir qismi Bakıda yaradılmaqda olan Hərbi Qənimətlər Açıq Muzeyində eksponata çevrilir.
Müharibəyə qədər Ermənistan ordusunun quru qoşunlarında 320 döyüş tankı yer alırdı. Erməni media mənsublarının yazdığına görə, təxminən bir o qədər tank da Qarabağda yerləşdirmişdi.
Hesablamalara əsasən 44 günlük savaşdan sonra Ermənistan öz tank arsenalının yarıdan çoxunu itirib. Üstəlik, bu texnikanın böyük qismi əsas döyüş tankları olan T-72-dir.
Müharibə ərzində Ermənistan ordusunun T-72 tanklarının kütləvi şəkildə məhv edilməsi düşməni məcbur etmişdi ki, döyüşə köhnə T-55 tanklarını çıxarsın. Bu barədə sosial şəbəkələrdə videogörüntülərə də rast gəlinib.
Qeyd edək ki, Azərbaycan ordusundakı T-55 tankları modernizə olunan, müasir nişangahlarla təchiz edilən tanklardır. Buna rəğmən Bakı həmin tankları hərəkətdə olan artilleriya qurğusu kimi ikinci eşalonda istifadə edib. Yəni, sözügedən tanklar döyüşə atılmayıb.
Bizim.Media
- A-
- A
- A+
Region
21:57 / 25.03.2021
Ermənilər köhnə tanklara möhtac qaldı - Məğlub ordunun təlimlərindən - FOTO
Hazırda oxunan: Ermənilər köhnə tanklara möhtac qaldı - Məğlub ordunun təlimlərindən - FOTO
Hazırda oxunan: Ermənilər köhnə tanklara möhtac qaldı - Məğlub ordunun təlimlərindən - FOTO
15840
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.