“1988-ci ildən bəri dialoq və barışıq haqqında çoxlu yazılar yazmışam. Daim və hər tərəfdən bir cavab eşidilirdi: söhbət etmək güzəşt deməkdir, bizim də güzəştə getməyə heç nəyimiz yoxdur, onlar düşməndirlər, düşmənlə danışmırlar, onu məğlub edirlər”.
Bizim.Media xəbər verir ki, bu barədə erməni hüquq müdafiəçisi Vardan Arutyunyan “Aravot” qəzetindəki məqaləsində yazıb.
“Hərbçilərin ölümü, 2016-cı ildən isə ərazilərin itirilməsi dayanmadı. 1990-cı illərdə formalaşan və 1998-ci ildən sonra 20 illik kampaniya ilə möhkəmlənən barışmaz mövqe 2020-ci il məğlubiyyətindən sonra da davam etdi.
Üstəlik, itkilərin realdan daha çox olduğu 2022-ci ilin dekabrından bəri mövqedə yumşalma müşahidə olunmadı. Eyni adamlar, eyni söz ehtiyatı və məsuliyyətsiz danışıqlar. Qarabağda da mövqe dəyişmədi.
1998-ci ildə problemin kompromis həllinə qarşı çıxan Serj Sarkisyan, Robert Köçəryan və onların tərəfdarlarının da nə istədikləri aydın idi.
Onlar hakimiyyət istəyirdilər. Qarabağ məsələsinə görə manipulyasiya etdilər, hakimiyyətə gəldilər və 20 il ərzində Qarabağ probleminin həlli istiqamətində bir obyektiv addım belə atmadan vətənimizə ağa oldular, çiçəkləndilər, varlandılar, ölkəni Rusiyanın kasıb və dəyərsiz bir vilayətinə çevirdilər. Nəticədə öz məsuliyyətsizlikləri ilə Ermənistanı fəlakətə sürüklədilər", - hüquq müdafiəçisi qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Region
17:53 / 04.10.2023
"Hakimiyyət öz məsuliyyətsizliyi ilə Ermənistanı fəlakətə sürüklədi" - Vardan Arutyunyan
Hazırda oxunan: "Hakimiyyət öz məsuliyyətsizliyi ilə Ermənistanı fəlakətə sürüklədi" - Vardan Arutyunyan
Hazırda oxunan: "Hakimiyyət öz məsuliyyətsizliyi ilə Ermənistanı fəlakətə sürüklədi" - Vardan Arutyunyan
158345
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.