Dünən Azərbaycanın hüquq mühafizə orqanları tərəfindən daha iki Xocalı qatili saxlanılıb. Onlar terrorçu rejimin "Təhlükəsizlik Şurası"nın keçmiş "rəhbər"i Arşavir Qaramyan və separatçıların keçmiş “komandir”i Levon Mnatsakanyandır. Bu qatillər Azərbaycan əsgərləri və dinc əhaliyə qarşı çoxsaylı terror əməllərinə əl atıblar.
Tarixçi alim Zaur Əliyev bu iki terrorçunun törətdiyi vəhşiliklərlə bağlı faktları Bizim.Media ilə bölüşüb.
Levon Mnatsakanyan
1991-1994-cü illərdə işğalçı ermənilərin komandirlərindən biri, Xocalı və Meşəli soyqırımında aktiv iştirak etmiş, Kəlbəcərin işğalında yüzlərlə insanımızın ölümünə səbəb olan keçmiş “müdafiə naziri”, "general-leytenant" Levon Mnatsakanyan Qarabağdan Ermənistana gedərkən "Laçın" sərhəd-buraxılış məntəqəsində saxlanılıb.
Levon Mnatsakanyan 1965-ci il ildə Azərbaycan SSR-nın Əsgəran rayonunda anadan olub. O 1983-1985-ci illərdə sovet ordusunda xidmət edib.
O, Kəlbəcər döyüşlərində “Stepanakert” Alayının komandiri qismində iştirak edib. Həmin əməliyyatlarda ordumuz 6 mindən çox şəhid verib. Kəlbəcər uğrunda döyüşlərdə bu terrorçu uçqun yaratmaq üçün dağ zirvələrini atəşə tutur və nəticədə bir çox azərbaycanlı hərbçi qarın altında qalaraq şəhid olub. Çox sayda əsgərimiz donaraq ölür.
Məhz Mnatsakanyanın əmri ilə yaralı vəziyyətdə olan əsgərlərimizin hamısı ağır silahlardan atəşə tutularaq qətlə yetirilib.
Döyüşündən sonra o, hətta ölmüş əsgərlərin ciblərində olanları soymaqla məşğul olub.
Şahidlərin dediyinə görə, Levon əsir və girov düşənlərə qarşı xüsusi amansız əzab planları həyata keçirib.
Şahidlər bildirir ki, Levon əsirləri ağır zirehli maşınlardan atılan silahla vurmaqla məhşur idi. Əsirləri hədəf kimi qoyub mərmi zərbələrilə onları parça-parça edirdi.
Xocalı soyqırımı zamanı Çingiz Mustafayevin çəkdiyi kadrlarda əzilmiş meyitlərin üstündən keçən, buradakı dinc əhalini tövlələrə yığıb yandıranlardan biri də məhz bu qatil olub.
Arşavir Qaramyan
Xocalı, Qaradağlı, Meşəli və digər ərazilərdə azərbaycanlılara qarşı işgəncə, terror və qətllər törədən qatillərdən biri də Arşavir Qaramyan olub.
O, Birinci Qarabağ müharibəsi zamanı azərbaycanlı əsirlərə olmazın əzablar verib. Qaramyan Azərbaycan torpaqlarının işğal edilməsi və 1992-ci il fevralın 26-da Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımın iştirakçısı və təşkilatçılarından olub.
Qaramyan Arşavir 1965-ci ildə Qarabağın Əsgəran rayonunda doğulub. 1990-cı ildə Qarabulaqda “Arşo batalyonu” kimi tanınan dəstə yaradıb. 1992-1996-cı illərdə isə qondarma rejim ordusunun Əsgəran müdafiə rayonunun 35-ci motoatıcı batalyonunun (MOA) komandiri olub.
O, Ermənistan tərəfindən 1991-1994-cü illərdə Azərbaycanın Xocavənd, Şuşa, Laçın, Əsgəran, Ağdərə, Ağdam, Kəlbəcər və Fizuli rayonlarının işğalında iştirak edib.
Əsirlikdən azad olunan vətəndaşlarımızın ifadələrinə görə, Arşavir əsir və girovların ayaq barmaqlarının dırnaqlarını çəkib çıxartmaq, qadınların döş vəzilərini və burnunu kəsmək, kişilərin cinsiyyət üzvünü kəsib yandırmaq, güllə ilə vurmaq, insanları diri-diri yandırmaq kimi insanlığa yaraşmayan dəhşətli vəhşiliklərə əl atıb.
Bu gün hər iki cəllad, həm Levon, həm də Arşavir hüquq-mühafizə orqanlarının nəzarətindədir. Yəni, qisas qiyamətə qalmadı. Levon-Arşavir tandemi layiqli cəzalarını alacaqlar.
Digər terrorçuları da Levon və Arşavirin aqibəti gözləyir...
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Region
13:20 / 30.09.2023
Qisas qiyamətə qalmadı... – Həbs olunan erməni terrorçularının törətdikləri VƏHŞİLİKLƏR
Hazırda oxunan: Qisas qiyamətə qalmadı... – Həbs olunan erməni terrorçularının törətdikləri VƏHŞİLİKLƏR
Hazırda oxunan: Qisas qiyamətə qalmadı... – Həbs olunan erməni terrorçularının törətdikləri VƏHŞİLİKLƏR
157690
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.