Lavrov: “Ermənistan rəhbərliyi ABŞ-a arxalanan ölkələrin taleyini xatırlamalıdır” – VİDEO

Lavrov: “Ermənistan rəhbərliyi ABŞ-a arxalanan ölkələrin taleyini xatırlamalıdır” – VİDEO

Hazırda oxunan: Lavrov: “Ermənistan rəhbərliyi ABŞ-a arxalanan ölkələrin taleyini xatırlamalıdır” – VİDEO

157290

“Ermənistan rəhbərliyi ABŞ-a arxalanan ölkələrin qibtə olunmaz taleyini xatırlamalıdır”.

Bizim.Media xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “TASS”a müsahibəsində deyib.

O, Ermənistanın Rusiyanı itirməsinin mümkünlüyü ilə bağlı suala cavab verərkən qeyd edib ki, İrəvanda bir neçə aparıcı siyasətçi oxşar ssenarini istəyir və Qərbə meyillidir:

“Bilirsiniz, orada Rusiyanı itirmək və yeni dostlar qazanmaq istəyən çoxlu insan var. Əgər onlar, birbaşa olaraq Ermənistan rəhbərliyinin bir çox nümayəndələrinin bəyanatlarından göründüyü kimi Amerikaya arxalanırlarsa, onda bəlkə də yaxın tarixə, ABŞ-ın öz himayəsinə götürmək istədiyi şəxslərə necə münasibət göstərdiyinə nəzər salmaq yaxşı olardı. Birləşmiş Ştatların öz qanadları altına aldıqları insanların taleyi qibtə olunası deyil".

O vurğulayıb ki, geosiyasi baxımdan Rusiyanın Cənubi Qafqazdakı maraqlarına göz yummaq olmaz:

“Tarixi, coğrafi, geosiyasi baxımdan Rusiyanın Cənubi Qafqazdakı maraqlarını nəzərdən qaçırmaq olmaz. İrəvandakı bəzi liderlər belə ümidlər bəsləyirlər və bu barədə
birbaşa danışırlar”.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO