“Qarabağ ermənilərinin hüquqlarının müdafiəsinə xüsusi diqqət yetirilir” – Ombudsman  

“Qarabağ ermənilərinin hüquqlarının müdafiəsinə xüsusi diqqət yetirilir” – Ombudsman  

Hazırda oxunan: “Qarabağ ermənilərinin hüquqlarının müdafiəsinə xüsusi diqqət yetirilir” – Ombudsman  

156589

"Azərbaycanın Qarabağ iqtisadi zonasında yaşayan erməni əsilli sakinlərin nümayəndələrinin təmaslar üzrə məsul şəxslə Yevlax şəhərində keçirilən görüşünü təqdirəlayiq hesab edirik". 

Bizim.Media xəbər verir ki, bu fikirlər Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın açıqlamasında qeyd olunub. 

Onun sözlərinə görə, multikultural və tolerant dövlət olan Azərbaycan milliyətindən, dinindən, dilindən, irqindən və digər mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşının, o cümlədən Qarabağda yaşayan erməni əsilli vətəndaşlarının beynəlxalq sənədlərdə və milli qanunvericilikdə təsbit olunmuş hüquq və azadlıqlarının müdafiəsinə təminat verməklə yanaşı, bu hüquq və azadlıqların inkişafına xüsusi diqqət yetirir: 

"Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili olaraq, bu kimi təmasların nəhayət bölgəmizdə sülhün təmin olunmasına və inkişafa, Qarabağ iqtisadi zonasında yaşayan erməni əsilli vətəndaşlarımızın hüquq və azadlıqlarının daha səmərəli müdafiəsinə mühüm töhfə verəcəyinə inanır, gələcəkdə birgə yaşayış üçün münbit şəraitin yaradılması baxımından yüksək qiymətləndirirəm". 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO