Korotçenko: “Yevlax görüşündə Qarabağ üçün yeni dönəmin əsası QOYULACAQ” – ÖZƏL

Korotçenko: “Yevlax görüşündə Qarabağ üçün yeni dönəmin əsası QOYULACAQ” – ÖZƏL

Hazırda oxunan: Korotçenko: “Yevlax görüşündə Qarabağ üçün yeni dönəmin əsası QOYULACAQ” – ÖZƏL

156280

“Yevlaxda Qarabağ erməni icmasının nümayəndələri ilə Azərbaycan tərəfinin baş tutan görüşü çox vacib və əlamətdar hadisədir. Eyni zamanda bu yeni mərhələnin başlanğıcıdır. Yəqin ki, bundan sonra Qarabağdakı erməni icmasının Azərbaycana reinteqrasiyası sürətlənəcək və həmin ermənilər Azərbaycan qanunları ilə azad və sərbəst yaşamaq hüququ qazanacaqlar.

Bu görüşdə bir çox məsələlərə aydınlıq gələcək. Xüsusən də Qarabağdakı qanunsuz silahlı dəstələrin ləğvi və onların bu ərazilərin çıxarılması istiqamətində vacib addım atılacaq”.

Bu fikirləri Yevlax görüşü ilə bağlı Bizim.Media-ya açıqlama verən Rusiya Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko deyib.

 


MÖVZU İLƏ BAĞLI:

Separatçılar Krasnodar və ya Soçidə “Arsax” yaratmağa çalışmasınlar" - Korotçenko



O bildirib ki, Azərbaycanın qısamüddətli lokal antiterror tədbirlərindən sonra biz diplomatik və siyasi həll yolları istiqamətində vacib təşəbbüsləri görürük:

“Azərbaycan öz suveren hüquqlarını bərpa etsə də hələki çətin reinteqrasiya prosesi qabaqdadır. Xankəndinin idarəçiliyi, yerli əhalinin məşğulluğu və onların sosial müdafiəsi kimi uzun bir proses Azərbaycanı gözləyir.

Buna qədərsə, Xankəndidəki xunta buraxılmalı və bütün nəzarət Azərbaycana keçməlidir. Ona görə də Yevlaxdan biz pozitiv xəbərlər gözləyirik. Baxmayaraq ki, ilk görüşün asan keçəcəyini təsəvvür etmirəm.

Eyni zamanda Azərbaycan münasibətlərin qurulmasında daha çox maraqlıdır. Lakin, reinteqrasiyanın tez, sürətlə və ağrısız baş tutması üçün qarşı tərəfin mövqeyindən çox şey asılıdır. Amma bütün hallarda bu görüş reinteqrasiya istiqamətində atılmış çox böyük bir addımdır.
Bu addımı isə Azərbaycanın lokal şəkildə keçirdiyi antiterror tədbirlərini zəruri etdi. Ona görə də tələsməyək, ermənilərin sözlərinə nə qədər sahib çıxacağını izləyək”.

Surxay Atakişiyev,Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO