Rusiyalı ekspert: Azərbaycanın rəhbərliyi ilə regionun sürətli inkişafı başlayacaq - VİDEO

Rusiyalı ekspert: Azərbaycanın rəhbərliyi ilə regionun sürətli inkişafı başlayacaq - VİDEO

Hazırda oxunan: Rusiyalı ekspert: Azərbaycanın rəhbərliyi ilə regionun sürətli inkişafı başlayacaq - VİDEO

156263

Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda öz ərazisində həyata keçirdiyi antiterror tədbirləri regionda sülhün və sabitliyin təmin olunmasına kömək edəcək.

Bizim.Media xəbər verir ki, bunu rusiyalı politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktor müavini Darya Qrevtsova deyib.

"Azərbaycan xalqını, rəhbərliyi növbəti qələbə münasibəti ilə təbrik edirəm. Sübut etdilər ki, hansısa problemi tez və məqsədli şəkildə həll edə bilərlər. Rusiya da regionda baş verənləri yaxından izləyirdi. Sevinirəm ki, rəsmi Bakı az itki ilə antiterror tədbirlərini sona çatdırdı və bütün Qarabağ üzərində nəzarəti ələ keçirdi. Bundan sonra  Azərbaycanın rəhbərliyi ilə regionun sürətli inkişafı başlayacaq, bütün məsələləri həll edəcək. Antiterror tədbirlərinin məqsədi Azərbaycanın ərazi bütövlüyünün tam bərpası və onun bütün ərazisi üzərində tam nəzarətin bərqərar olması idi", deyə o, qeyd edib.
Politoloq xatırladıb ki, Azərbaycan Ermənistanın üçtərəfli razılaşmalar üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün antiterror tədbirlərinə başlayıb: "Ermənistan silahlı qüvvələrini Qarabağdan çıxarmayıb. Davamlı olaraq atəş və təxribatlar baş verirdi. Bu da təbii ki, qəbuledilməz idi".

Bundan əlavə, Qrevtsova Ermənistanın minalanmış ərazilərin xəritəsini Azərbaycana vermədiyini, insanların daim minalarla partladılması nəticəsində həlak olduğunu vurğulayıb:

“Sonradan məlum oldu ki, bu minalar 2020-ci ildən sonra quraşdırılıb, bu da Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalanması üçün heç bir səy göstərmədiyini göstərir".

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO