Medvedev Paşinyanı niyə

Medvedev Paşinyanı niyə "cəhənnəmə" göndərib? - Köməkçisi açıqladı

Hazırda oxunan: Medvedev Paşinyanı niyə "cəhənnəmə" göndərib? - Köməkçisi açıqladı

156158

Xəbər verdiyimiz kimi, bir gün əvvəl Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev  qardaş ölkədən olan həmkarı (Nikol Paşinyan nəzərdə tutulur) haqqında yazı yazıb və erməni xalqının satqınlarını (əsasən Paşinyanı) cəhənnəmə göndərib. Onun sözlərinə görə, Rusiya Ermənistanın mövcudluğunun qarantı olub və olacaq.

Qeyd edib ki, Paşinyan müharibədəki məğlubiyyətinin məsuliyyətini Rusiyanın üzərinə atıb, NATO ilə flört edib, arvadını (Anna Akopyan nəzərdə tutur) isə Kiyevə Rusiyanın düşmənlərinin yanına yola salıb.

Medvedevin köməkçisi Oleq Osipov bu mövzuya münasibət bildirib.

Bizim.Media xəbər verir ki, Rusiya mətbuatına açıqlamasında o, Dmitri Anatolyeviçlə (Medvedev nəzərdə tutulur) danışdığını deyib.

"Əgər kimsə başa düşməyibsə, mən də təkrar edirəm. Ermənistanın bir dövlət, ermənilərin isə millət kimi mövcudluğunun qarantı Rusiya olub və olacaq. Rəbb belə buyurub. Erməni xalqına qarşı bütün milli satqınlar xaricdəki himayədarları ilə birlikdə cəhənnəmə göndəriləcək”, deyə o, qeyd edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO