İrəvanda mer seçkisi başa çatdı - Aktivlik cəmi 21.36 % olub

İrəvanda mer seçkisi başa çatdı - Aktivlik cəmi 21.36 % olub

Hazırda oxunan: İrəvanda mer seçkisi başa çatdı - Aktivlik cəmi 21.36 % olub

155649

Yerli vaxtla saat 20.00-da (Bakı vaxtı 20.00) İrəvan Ağsaqqallar Şurasına (paytaxt meriyası) seçkilərdə səsvermə başa çatıb.

Bizim.Media xəbər verir ki, seçki məntəqələri bağlanıb və səslərin hesablanması başlayır. Bir saatdan sonra Mərkəzi Seçki Komissiyası gün ərzində ən aşağı səviyyədə olan seçici fəallığı ilə bağlı yekun məlumatları açıqlayacaq.

Saat 17.00-a olan məlumata görə, paytaxtda seçicilərin cəmi 21,36%-i səs verib. Seçici fəallığının aşağı olması səslərin hesablanması prosesini sürətləndirəcək. Ehtimal ki, ilkin nəticələr saat 23:00 radələrində açıqlanacaq.
Xatırladaq ki, seçkidə 65 yer uğrunda 13 siyasi partiya və 1 blok mübarizə aparıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO