Niyə susursan, İran? – ABŞ ordusu Ermənistandadır, Tehrandan SƏS ÇIXMIR

Niyə susursan, İran? – ABŞ ordusu Ermənistandadır, Tehrandan SƏS ÇIXMIR

Hazırda oxunan: Niyə susursan, İran? – ABŞ ordusu Ermənistandadır, Tehrandan SƏS ÇIXMIR

154998

Bildiyiniz kimi, bu günlərdə ABŞ Ermənistanda bu ölkənin hərbçilərilə birlikdə hərbi təlimlər keçirib. Adətən, sözügedən bölgədə ABŞ və İsrailin hər hansı bir hərəkətini hay-küylə qarşılayan Tehran rejimi nədənsə, Ermənistanın İranın bir nömrəli düşməni olan ABŞ-la hərbi təlimlər keçirməsinə ümumən göz yumub. Bu hadisəyə İran rəsmiləri sadəcə yumşaq şəkildə reaksiya verməklə kifayətləniblər. 

Halbuki, İsrail Azərbaycanda hər hansı bir iqtisadi layihə həyata keçirən kimi, Tehran dərhal hay-şivən qopararaq, Bakını hədələməkdən belə çəkinmirdi.   

İran düşmən adlandırdığı ABŞ-ın sərhədləri yaxınlığında təlimlər keçirməsinə görəsən niyə səsini çıxarmır?

Bizim.Media-ya açıqlama verən politoloq Abutalıb Səmədovun fikrincə, İranın Ermənistanda baş tutan ABŞ-Ermənistan hərbi təlimlərinə göz yumması onun riyakarlığından irəli gəlir:  

“İran Azərbaycanda İsrail şirkətlərinin ferma tikməsinə kəskin şəkildə etiraz edib. Bu əsasda da iddia edirdilər ki, guya Azərbaycanda İsrailin kəşfiyyat bazası var. ABŞ isə Ermənistanda dünyada ikinci ən böyük səfirliyini açıb. Vaşinqton burada həmçinin, minə yaxın dəniz piyadalarını yerləşdirdi. Lakin İranın səsi çıxmadı.

Sonra Ermənistana Avropa İttifaqının iki aylıq müşahidə missiyası gəldi. Həmin missiyanın sonradan burada qalma müddəti artırıldı. Yeni missiyanın tərkibində hərbçilər də Ermənistana gəldi. Tehran rejimi bu zaman da heç bir etiraz səsini qaldırmadı. 
Ancaq Ermənistanın ABŞ-la birgə hərbi təlim keçirməsinə bu dəfə səssiz qala bilmədi. Anladı ki, buna da reaksiya verməmək İranı bütün dünyada tamamilə nüfuzdan sala bilər. Ona görə də İran Prezidenti Nikol Paşinyanla telefonla danışarkən, örtülü şəkildə, yüngülvari olaraq onu məzəmmət etdi. Bildirdi ki, bölgənin bütün problemləri 3+3 formatında müzakirə olunmalı və digər qüvvələr regionda aktivlik göstərməməlidirlər. 

Bu əslində, İranın daha çox məcburiyyətdən etdiyi bir etiraz idi. İrəvanın NATO-ya yaxınlaşmaq cəhdləri İran tərəfindən bu vaxta qədər susqunluqla qarşılanıb.

Cari ilin aprelində Ermənistan rəsmiləri açıq şəkildə elan etdi ki, 2023-cü ildə İrəvan NATO-nun iki təlimində iştirak edəcək. Bu zaman da İranın səsi çıxmadı. 

Həmin təlimlərdən biri Almaniyada baş tutan hərbi-hava qüvvələrinin təlimi idi ki, İrəvan orada da iştirak etmək istəyirdi. Ancaq son məqamda NATO Ermənsitanı həmin təlimlərdən uzaqlaşdırdı. Digəri isə, ABŞ-la birgə keçirdiyi təlimlərdir. Bütün bunlar İranın riyakar mövqe tutmasından qaynaqlanır. Bununla İran bir daha öz hakimiyyətinin ikiüzlü, riyakar mahiyyətini nümayiş etdirdi”.

Rüfət Sultan, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO