Bakı və Tbilisi şəhərləri qardaşlaşacaq

Bakı və Tbilisi şəhərləri qardaşlaşacaq

Hazırda oxunan: Bakı və Tbilisi şəhərləri qardaşlaşacaq

15407

Azərbaycanın paytaxtı Bakı şəhəri ilə Gürcüstanın paytaxtı Tbilisi qardaşlaşacaq.

Bizim.Media xəbər verir ki, Bakı və Tbilisi şəhərlərinin qardaşlaşması haqqında memorandum üzərində iş yekunlaşmaq üzrədir.

Tbilisi merinin müavini Andria Basilaya bildirib ki, meriya Tbilisi ilə dost və qardaş şəhər olan Bakı arasında əlaqələrin keyfiyyətcə yeni mərhələyə yüksəldilməsində çox maraqlıdır.

Bunun üçün müvafiq işlər görülür və yaxın vaxtlarda iki dost və qardaş ölkənin paytaxt şəhərləri arasında qardaşlaşma haqqında memorandum imzalanacaq.

Qeyd edək ki, Bakı və Tbilisi 1997-ci ildən tərəfdaş şəhərlərdir.

Azərbaycan və Gürcüstanın sənaye şəhərləri olan Sumqayıt və Rustavi isə 1952-ci ildə qardaşlaşıblar.

Bundan başqa Kutaisi və Gəncə şəhərləri, eləcə də Naxçıvan ilə Batumi şəhərləri arasında qardaşlıq əlaqələri var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO