\

\"Azərbaycan Naxçıvanla kommunikasiya imkanını əldə etməlidir\" - Paşinyan

Hazırda oxunan: \"Azərbaycan Naxçıvanla kommunikasiya imkanını əldə etməlidir\" - Paşinyan

15401

Ermənistanın baş naziri Nikol Paşinyan bölgədəki düşmən əhval-ruhiyyəsinə son qoyulmasının zəruriliyini bildirib və bununla bağlı Azərbaycanla əlaqələrin bərpa olunmasını zəruri addım olduğunu vurğulayıb.

Bizim.Media “Interfax”a istinadən xəbər verir ki, bu barədə Paşinyan Ermənistanın Araqatsotn bölgəsində, kəndlilərlə görüşündə bildirib.

Onun sözlərinə görə, tərəflər arasındakı neqativ münasibət problemi tez həll olunmayacaq:

“Ancaq biz çalışmağa davam etməliyik və problemin həlli üçün metodlardan biri indi müzakirə etdiyimizdir – regional kommunikasiya və yolların açılmasıdır.

Kimsə bunun , yalnız Azərbaycana və  Ermənistana xeyir etdiyini deyirsə , inanmayın. Azərbaycan Naxçıvanla kommunikasiya imkanını əldə etməlidir, biz isə Rusiya və İranla dəmir yolunu. Bu o deməkdir ki, ölkəmizin iqtisadiyyatı əhəmiyyətli dərəcədə dəyişəcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO