İqor Korotçenko: “Ermənistan İrana qarşı mübarizədə ABŞ-a meydan yaradacaq” – ÖZƏL

İqor Korotçenko: “Ermənistan İrana qarşı mübarizədə ABŞ-a meydan yaradacaq” – ÖZƏL

Hazırda oxunan: İqor Korotçenko: “Ermənistan İrana qarşı mübarizədə ABŞ-a meydan yaradacaq” – ÖZƏL

153936

“Ermənistanda Rusiyaya münasibətlərdə ciddi neqativ proseslər gedir. Bununla paralel rəsmi İrəvan Qərbə daha yaxın olmağa çalışır. Elə Paşinyanın son anti-Rusiya bəyanatları da bunun təzahürüdür. Üstəlik, ABŞ-ın Ermənistanda birgə hərbi təlimlər keçirəcəyi barədə də xəbərlər dövriyyəyə buraxılıb.

Nəzərə alaq ki, Ermənistan KTMT-nin üzvüdür. Bundan başqa Ermənistanla Rusiya arasında hərbi müttəfiqlik haqqında saziş var. Lakin, bütün bunlara rəğmən Paşinyan məsuliyyətsiz çıxışlar edir. Düşünürəm ki, bu cür bəyanatların sonunda Ermənistan bu il və yaxud 2024-cü ildə KTMT-ni tərk edəcək”.

Bunu Bizim.Media-ya açıqlamsında Rusiya Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko deyib.
 

MÖVZU İLƏ BAĞLI:

BMT-dəki müzakirələr erməniləri yaxın gələcəkdə nələrə məcbur edəcək? – Rusiyalı politoloqdan MARAQLI AÇIQLAMA


O bildirib ki, bu gün xəbərə görə, Paşinyanın arvadı Anna Akopyan Ukraynaya səfərə gedib:

“Və o bu səfər çərçivəsində Kiyevdə Rusiya əleyhinə keçiriləcək tədbirlərdə iştirak edəcək. Bütün bunlar Ermənistan hökümətinin Rusiyaya qarşı münsibətin çox aydın mənzərəsini yaradır. Eyni zamanda gedən proses Ermənistanın Avropa və ABŞ-la münasibətlərə daha çox önəm verdiyini göstərir”.

Politoloq hesab edir ki, rəsmi İrəvanın bu gedişləri Ermənistan üçün faciəvi sonluqla bitəcək:

“Nəzərə alaq ki, erməni elektoratın çoxluğu son seçkilərdə Paşinyanı müdafiə edib. Bu da o deməkdir ki, Paşinyanın bəyanatları təkcə onun şəxsi fikirləri deyil, həm də erməni çoxluğunun qənaətidir. Bu gün erməni siyasi elitasının məqsədi budur ki, sürətlə Qərbə yaxınlaşaraq KTMT və Rusiya ilə əlaqələri kəssin”.

İqor Korotçenko Moskvanın hələlik prosesləri müşahidə etdiyini qeyd edib:

“Bununla belə rəsmi Moskva dünən və sırağagün müəyyən kəskin fikirlər səsləndirib. Dmitri Peskov və Mariya Zaxarova tərəfindən məsələyə müəyyən mövqe bildirilib. Eləcə də Paşinyanın anti-Rusiya bəyanatına digər diplomatik kanallarla münasibət ifadə edilib.

Təcrübəyə əsasən deyə bilərəm ki, yaranmış vəziyyətdə rəsmi Moskva öz təmkinini saxlayacaq. Bununla belə yaxın gələcəkdə çox şeylərin dəyişəcəyini də ehtimal etmək olar. Paşinyan unudur ki, Cənubi Qafqazda hazırda əsas söz sahibi Rusiyadır.

Ən əsası Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsində moderator Rusiyadır. Yaxın zamanlarda bunun dəyişmə ehtimalı da yoxdur. Mən bir məsələyə də diqqət etmək istəyirəm. Paşinyanın son bəyanatları təkcə anti-Rusiya deyil, həm də İran əleyhinədir.
Görünən odur ki, Ermənistan İrana qarşı mübarizədə ABŞ öz ərazisində meydan vermək istəyir. Bütün bunlarsa Ermənistana yaxşı heç nə vəd etmir”.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO