Türkiyə Birinci Dünya müharibəsinin ən qanlı savaşlarından biri olan Çanaqqala döyüşündəki zəfərin 106-cı ildönümünü qeyd edir.
Prezident Rəcəb Tayyib Ərdoğan bununla bağlı baş tutan tədbirdə çıxış edərək deyib ki, Çanaqqala döyüşü Anadolu Türklərinin müqəddəs dəyərlərinə və irsinə təcavüz edən qüvvələrə qarşı mübarizədə bir qəhrəmanlıq dastanıdır.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı “trtrussian.com” saytı yayıb.
MÖVZU İLƏ BAĞLI:
Ərdoğan: “Türk xalqı koronavirus sınağından alnıaçıq çıxacaq”
“Türk xalqı ən çətin tarixi şəraitlərdə belə düşmənləri üzərində qələbə qazanıb. Vətənimizin birliyini və bütövlüyünü yenə də canımız bahasına qorumağa hazırıq”, deyə dövlət başçısı qeyd edib.
O vurğulayıb ki, rəsmi Ankara bölgədəki antitürk planlarının həyata keçirilməsinə əsla icazə verməyəcək və xalqın gələcəyi üçün mübarizəsini davam etdirəcək.
Tarixi günlə bağlı Qelibolu yarımadasında keçirilən tədbirdə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop da iştirak edib.
Çanaqqala boğazında ölkənin dəniz qüvvələrinin gəmilərinin paradı və Çanaqqala üzərindəki səmada "Türk şahinləri"nin nümayiş uçuşu baş tutub.
Xatırladaq ki, Birinci Dünya Müharibəsi dövründə bütün dünya Çanaqqala döyüşündə Osmanlı qoşunlarının qəhrəmancasına vuruşmasının şahid olub. Sonra İstanbul Antanta qoşunlarını Çanaqqalanı alınmaz qala kimi tanımağa məcbur edib.
Qelibolu yarımadasındakı döyüşlər həm quruda, həm də dənizdə baş verib. Dəniz qarşıdurması 1915-ci il fevralın 19-dən martın 18-dək, quru döyüşləri 2015-ci il aprelin 25-dən 2016-cı il yanvar 9-dək davam edib.
Çanaqqala döyüşü Türkiyə tarixinin ən çətin döyüşlərindən biri hesab olunur. Ölənlərin sayı 253 minə çatıb. Yubileyi hər il milli səviyyədə keçirilir.
Bizim.Media