Ermənistanda hərbi komissar rüşvət aldığı üçün HƏBS OLUNDU 

Ermənistanda hərbi komissar rüşvət aldığı üçün HƏBS OLUNDU 

Hazırda oxunan: Ermənistanda hərbi komissar rüşvət aldığı üçün HƏBS OLUNDU 

150977

Ermənistan Müdafiə Nazirliyinin Hərbi Xidmətə Çağırış və Səfərbərlik Qərargahının Zəngəzur ərazi idarəsinin rəisi S.D. çağırışçını hərbi xidmətdən yayındırmaq üçün 23 min dollar rüşvət alıb. 

Bizim.Media erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb. 

Bildirilib ki, İrəvan şəhər sakini G.X. 2023-cü ilin yayında oğlunu ağır xəstəlik səbəbilə hərbi xidmətdən yayındırmaq məqsədi ilə hərbi komissara müraciət edib.

Çağırışçını yararsız çıxarmaq üçün qeydiyyatını Gorus rayonundan Zəngəzura dəyişiblər. Məmur və çağırışçının atası saxlanılıb. Onlara qarşı ittiham irəli sürüldükdən sonra barələrində həbs qətimkan tədbiri seçilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO