"Gəlin, dünya əhalisini aldatmayaq ki, Qarabağda insanlar aclıqdan ölür" - Erməni "fəal"

Hazırda oxunan: "Gəlin, dünya əhalisini aldatmayaq ki, Qarabağda insanlar aclıqdan ölür" - Erməni "fəal"

149990

"Gəlin, dünya əhalisini aldatmayaq ki, Qarabağda insanlar aclıqdan ölür. Belə hərəkətlərimizlə əhali arasında panika yaradırıq”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Qarabağda qondarma rejimin “fəal”ı Artur Osipyan Ermənistanın “1inam” kanalına müsahibəsində səsləndirib.

O, əsasən Azərbaycanın Qarabağ bölgəsində rus sülhməramlılarının məsuliyyət zonasında ərzaqla bağlı hər hansı problemin olub-olmaması və kiminsə kifayət qədər qidalanması, kiminsə ac olması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Osipyan deyilənlərin doğru olmadığını bildirib.

“Düzünü desəm, sualın nə olduğunu bilirsiniz, çətin vəziyyət bu gün yaranmayıb. Bu hakimiyyət 30 ildir Qarabağı talayır, bu vəziyyət indi baş verməyib, vəziyyət həmişə ağır olub. İndi bu problemlər bir az da artıb.

Bəli, problemlər var, amma şişirtmək lazım deyil ki, guya Qarabağda insanlar acından ölür. Bəli, vəziyyət çətindir: çörək növbələrindən tutmuş mağazadan nəsə almağa qədər.

Bəli, belə faktlar var, amma bu problemlər “blokada” ilə bağlı deyil. Ondan əvvəl də belə idi: bir hissəsi yaxşı yaşayırdı, digəri isə çətinliklə çörəyini qazanırdı", deyə Osipyan qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO