Ermənistan əhalisinin bir hissəsini başqa xalqlar əvəz edəcək - PROQNOZ

Ermənistan əhalisinin bir hissəsini başqa xalqlar əvəz edəcək - PROQNOZ

Hazırda oxunan: Ermənistan əhalisinin bir hissəsini başqa xalqlar əvəz edəcək - PROQNOZ

149941

2100-cü ildə Ermənistanda cəmi 2 milyon insan yaşayacaq. Gözlənilir ki, ölkə əhalisi monoetnik olaraq qalacaq və illər keçdikcə azalmağa doğru gedəcək. Bu zaman isə əhalinin bir hissəsini başqa xalqlar (ruslar, hindlilər) əvəz edəcək.

Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə proqnozu "World Population Prospects" informasiya bazası yayıb.

Məlumata görə, hazırda Ermənistanda ciddi demoqrafik problem müşahidə olunur. İşçi qüvvəsinin azalması ilə bağlı da ciddi problem yaşanır. Əhalinin 53%-i, yəni 1,5 milyona yaxını 20-59 yaş qrupuna aiddir. 2050-ci ildə 48% və ya 1,3 milyon nəfərin, 2100-cü ildə isə 44% və ya 0,5 milyon nəfərin əmək qabiliyyətli yaş qrupunda olacağı proqnozlaşdırılır.
Bundan əlavə, Ermənistanda kişi və qadınların sayı arasında açıq-aydın disbalans var. Hazırda qadınların ümumi sayı kişiləri təxminən 12 faiz üstələyir və bu balanssızlıq hələ uzun illər davam edəcək. Ermənistanda selektiv abort problemi də mövcuddur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO