İrəvanın məqsədi gerçəkdən humanitar yardımdırmı? – Deputatdan ŞƏRH

İrəvanın məqsədi gerçəkdən humanitar yardımdırmı? – Deputatdan ŞƏRH

Hazırda oxunan: İrəvanın məqsədi gerçəkdən humanitar yardımdırmı? – Deputatdan ŞƏRH

149575

“Azərbaycanın Laçın yolundan tibbi məqsədlər, Ağdam-Xankəndi yolundan isə yük daşımalar üçün istifadə olunması ilə bağlı təklifi bölgədəki mövcud problemlərin həllinə ən optimal yanaşmadır”. 

Bizim.Media xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov qeyd edib. Onun sözlərinə görə Ermənistan siyasi hakimiyyətinin hər vəclə yalnız Laçın yolundan istifadə etməyə can atması heç də humanitar deyil, daha çox yenidən maneəsiz gediş-gəlişə nail olmaq məqsədi daşıyır:

“Amma Laçın buraxılış məntəqəsinin fəaliyyəti Azərbaycanın suveren hüququdur və heç bir halda bu hüququn məhdudlaşdırılması müzakirə obyekti ola bilməz. Artıq müasir standartlara uyğun olaraq inşa edilən 44.5 km uzunluğu olan Bərdə-Ağdam yolunun qurulması da tamamlanmaq üzrədir. Bu yol 26 km-lik Ağdam-Xankəndi yoluna inteqrasiya olunacaq.
Nəticədə, bu yol Qarabağ iqtisadi rayonu ilə Azərbaycanın digər bölgələri arasında daha asan və qısa quru nəqliyyat əlaqəsinin formalaşmasına imkan verəcək. Bu Qarabağ iqtisadi rayonunun inkişafı baxımdan da vacibdir. Kifayət qədər iqtisadi potensialı olan Qarabağ 30 illik Ermənistan işğalı nəticəsində inkişafdan kənarda qalıb. Yenidən qurulan Qarabağ və Şərqi Zəngəzur tezliklə Azərbaycan iqtisadiyyatının yeni lokomotivinə çevriləcək. Söhbət Azərbaycan iqtisadiyyatında əlavə 10 milyard manatlıq yeni dəyərin yaranmasından gedir”.

Deputat bölgədə artıq yeni düzən formalaşdığını bildirib:

“Qarabağ ermənilərinə humanitar yardım göstərmək niyyətində olduğunu bəyan edən Ermənistan siyasi hakimiyyəti müasir standartlara uyğun qurulmuş Ağdam-Xankəndi yolundan faydalanmaqla bunu asanlıqla edə bilər. Amma İrəvanın məqsədi gercəkdən humanitar yardımdırmı?”, - deyə Vüqat Bayramov əlavə edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO