Gürcüstanın qərbindəki Şovi kurort zonasında torpaq sürüşməsi olub.
Bizim.Media xəbər verir ki, sürüşmə nəticəsində 6-sı uşaq olmaqla, 16 nəfərin torpaq kütləsinin altında qalması barəsində məlumat yayılıb.
Gürcüstan Daxili İşlər Nazirliyi əraziyə 2 xilasedici helikopterin göndərildiyini açıqlayıb. Yerli sakinlər ərazidə vəziyyətin ciddi olduğunu, sürüşmə nəticəsində yaxınlıqdakı dağdan böyük torpaq kütləsinin qoparaq kotteclərin olduğu ətraf ərazilərə düşdüyünü bildiriblər.
Təbii fəlakət nəticəsində ərazini palçıqlı sel basıb, avtomobil yolu bağlanıb.
Bizim.Media