Batumiyə gələn Rusiya gəmisi Gürcüstanda etirazla qarşılandı - VİDEO 

Batumiyə gələn Rusiya gəmisi Gürcüstanda etirazla qarşılandı - VİDEO 

Hazırda oxunan: Batumiyə gələn Rusiya gəmisi Gürcüstanda etirazla qarşılandı - VİDEO 

148866

Rusiyadan “Astoria Grande” adlı kruiz gəmisinin Gürcüstanın Batumi limanına gəlməsi yenidən etirazla qarşılanıb.  

Bizim.Media xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyi gəminin limana gəlməsinə etiraz edən çoxlu sayda etirazçını saxlayıb. 

Limanda polis əməkdaşlarının sayı artırılıb və ərazi xüsusi dəmir sədlərlə əhatəyə alınıb.

Məlumata görə, müxalif partiyaların nümayəndələri gecə saatlarından etibarən Batumidə toplaşmağa başlayıb. Onlar gəmidə Rusiyanın Ukraynadakı fəaliyyətlərini dəstəkləyən şəxslərin olduğunu iddia edirlər.  

Qeyd edək ki, bu, “Astoria Grande” gəmisinin Gürcüstana səfərinə qarşı ilk etiraz deyil. Belə ki, iyulun 27-si yüzdən çox Gürcüstan vətəndaşı gəminin Batumi limanına gəlməsinə qarşı etiraz aksiyası keçirib.  
Gürcüstanın Dəniz Nəqliyyatı Agentliyi isə yaydığı açıqlamada sözügedən gəminin Palau bayrağı altında üzdüyünü və kommersiya reysi həyata keçirdiyini bildirib. Açıqlamaya əsasən, “Astoria Grande” Seyşel adalarında qeydiyyatdan keçib və sanksiya altında deyil. 
 


Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO