Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya böhranının 10-cu ili ilə bağlı “Bloomberg” agentliyi üçün məqalə yazıb.
Bizim.Media xəbər verir ki R.T.Ərdoğan məqalədə Türk ordusunun keçən il bu vaxtlar Suriyada müxalifətin son qalası olan İdlibə yeni bir hücumu dayandırmaq və günahsız insanların yurdlarından didərgin salınmasının və ya öldürülməsinin qarşısını almaq məqsədilə Suriya rejiminin mövqelərinə müdaxilə etdiyini xatırladıb, milyonlarla insanın həyatının xilas edildiyini qeyd edib.
MÖVZU İLƏ BAĞLI:
''Rusiya-Türkiyə dialoqunun nəticələrini Dağlıq Qarabağdan Suriyaya qədər görürük'' - Ərdoğan
Ərdoğan bu dövr ərzində Türkiyəyə təriflər yağdıran ölkələrin qismən koronovirus epidemiyasının təsiri ilə Suriyadakı humanitar böhranı unutduğunu ifadə edib:
“Vətəndaş müharibəsi Qərbin növbəti vicdani böhranınadək “köhnə xəbər” statusuna qayıtdı. Demokratiya, azadlıq və insan hüquqlarının yenidən dəb olduğu bu günlərdə insanlığın Suriyadakı icraatları səmimiyyətimizin ölçüsü olacaq. Regionda sülh və sabitliyin yenidən bərqərar edilməsinin Qərbin Türkiyəni səmimi və güclü bir şəkildə dəstəkləməsindən asılı olduğuna inanıram”.
Suriya böhranının 10-cu ilində sadəcə demokratiya, azadlıq və insan hüquqlarını tələb etdikləri üçün yüz minlərcə insanın öldürüldüyünün və işgəncəyə məruz qaldığının, milyonlarla insanın didərgin düşdüyünün xatırladılmalı olduğuna diqqət çəkən prezident Ərdoğan sözlərinə belə davam edib:
“Türkiyənin mövqeyi Suriyada vətəndaş müharibəsi başlayandan bəri heç dəyişməyib. Türk milləti hesab edir ki, bütün suriyalıları təmsil etmə qabiliyyətinə malik bir siyasi sistem qurulması sülh və sabitliyin yenidən bərqərar olması üçün çox vacibdir. Suriya xalqının ən əsas insan ləyaqəti tələblərinə cavab verməyən bütün planları rədd edirik.
Çünki bu kimi variantlar böhranı daha da dərinləşdirəcək. Eyni zamanda Suriyanın ərazi bütövlüyünə və siyasi birliyinə hörmət edilmədən dinc yolla davamlı bir həllin mümkün olmadığını vurğulayırıq”.
Qərbin Suriyada mümkün olan varinatlarına toxunan Türkiə prezidenti dəqiq addımların atılmasının lazım olduğunu da bildirib:
“Birinci variant Suriyada yaşanan hadisələri tribunadan izləyərək daha çox günahsız insanın həyatını itirməsidir. Bu yanaşma nəinki Qərbin əxlaqi iddialarını zəiflədər eyni zamanda terrorizm və nizamsız miqrasiya kimi yeni təhdidlər meydana gətirərək beynəlxalq təhlükəsizliyə və Avropanın siyasi sabitliyinə zərər verər.
İkinci variant qalıcı bir həll üçün tələb olunan bütün hərbi, iqtisadi və diplomatik səyləri göstərməkdir. 10 ildir heç bir ciddi addım atmayan Qərb liderlərinin belə bir niyyəti olduğuna inanmaq üçün heç bir səbəb yoxdur.
Alçina Amilqızı, Bizim.Media