Ermənistanda bu günə qədər 12.500-dən çox insan İstintaq Komitəsinin bölmələrində sorğu-sual edilib, onlardan 1500 nəfəri haqda cinayət işi açılıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “Joxovurd” qəzeti yazıb.
MÖVZU İLƏ BAĞLI:
Arayik Arutyunyanın yeni NAĞILLARI: Müharibəyə hazır deyildik, Şuşanı, Hadrutu itirsək də...
Mənbə bildirir ki, bu cinayət işlərində təqribən 180 hərbçi nəzarətə alınıb, 500-dən çox insan məhkəməyə verilib.
İki yüksək rütbəli zabit daxil olmaqla 12 komandir mühakimə olunub.
"Joxovurd" qəzetinin mənbələrinə görə, ilkin istintaqda bəlli olub ki, müharibədə 103 mindən çox insan zərər görüb, 3300-dən hərbçi ölüb, 9 mindən çox hərbçi yaralanıb”.
Bizim.Media