Nikol Paşinyanın Ermənistanın baş naziri vəzifəsindən istefası tələbi ilə “Vətənın xilası” hərəkatı açıqlama yayıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumat “panorama.am” saytında yer alıb.
Açıqlamada deyilir:
MÖVZU İLƏ BAĞLI:
Arayik Arutyunyanın yeni NAĞILLARI: Müharibəyə hazır deyildik, Şuşanı, Hadrutu itirsək də...
“Əziz həmvətənlər! Nikol Paşinyan 13 mart saat 12:30-da hökumət binaları kompleksinin ikinci binasını - Xarici İşlər Nazirliyini ziyarət etmək qərarına gəldi.
Martın 2-də diplomat günündə o, ənənəni pozaraq, erməni diplomatiyasının qərargahına getmədi, lakin 13 martda bu ziyarətini edəcək.
Tələbimizi yenidən səsləndirmək üçün onunla Xarici İşlər Nazirliyinin binasının qarşısında görüşəcəyik: “Nikolsuz Ermənistan”.
Saat 12:00-da Xarici İşlər Nazirliyinin binası ilə üzbəüz ərazidə görüşürük”.
Bizim.Media