“Qarabağda hərbi əməliyyatların bərpası mövzusunun müxtəlif mənbələr tərəfindən müzakirə olunduğunu nəzərə alsaq, bir neçə qısa müşahidələr aparacağam”.
Bizim.Media xəbər verir ki, bu fikirləri qondarma “Artsax” rejiminin “başçısı”nın keçmiş müşaviri, "Enaket" ("Dəstək nöqtəsi") analitik mərkəzinin təsisçisi və rəhbəri Tiqran Abramyan səsləndirib.
O, yaxın gələcəkdə bunun mümkünlüyünü istisna etməyib:
“Orta müddətdə risklər mütləq artacaq, amma bu mərhələdə yenidən müharibə ehtimalını yüksək hesab etmirəm.
MÖVZU İLƏ BAĞLI:
Qarabağda muzdluların Ermənistan tərəfdən döyüşməsinə dair daha bir SÜBUT
Uzunmüddətli perspektivdə isə müharibə ehtimalını əhəmiyyətli dərəcədə artıra biləcək bir çox amil var.
Qısa və orta müddətdə müharibə proqnozlaşdırmamağın əsas səbəbi Qarabağda Rusiya hərbi kontingentinin olması və Ermənistanla sərhəddə genişlənməsidir.
2008-ci ildə Abxaziyada və Cənubi Osetiyada Rus sülhməramlılarının yerləşdirilməsi şəraitində güc tətbiq etməyə cəhd göstərildikdə nə baş verdiyini gördük.
Ancaq Rusiya daxilində, bölgəmizdə kəskin dönüşlər olarsa, vəziyyət dəyişə bilər.
Dediklərim heç bir şəkildə sərhəd təxribatını və gərginliyi istisna etmir, üstəlik onların aktivləşdirilməsi əlavə təhlil mövzusudur”, deyə o, qeyd edib.
Bizim.Media