Fevral ayında 80 min erməni Ermənistanı tərk edib – RƏSMİ

Fevral ayında 80 min erməni Ermənistanı tərk edib – RƏSMİ

Hazırda oxunan: Fevral ayında 80 min erməni Ermənistanı tərk edib – RƏSMİ

14459

Fevral ayının 1-dən etibarən Rusiya ilə hava yolunun açılması Ermənistanda qısa müddətdə demoqrafik fəlakətə gətirib çıxarıb. Bir ayın içində 80 min vətəndaş Ermənistanı bir dəfəlik tərk edib.

Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistan Miqrasiya Xidmətinin rəhbəri Armen Kazaryan jurnalistlərə müsahibəsində bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

“Belə getsə, yeni müharibə və Zəngəzurun itirilməsi uzaqda deyil” – Sabiq nazir müavini


O, yaranmış vəziyyəti 1 ilə qədər sərhədlərin bağlı olması ilə əlaqələndirib. Qeyd edib ki, sosial vəziyyətin pisləşməsi birdən birə bu qədər ermənini bu addımı atmağa məcbur edib.

“Ölkədəki sosial-iqtisadi vəziyyət yaxın bir neçə ayda da belə bir axının yaranmasına səbəb olacaq. Gözlənilən axın 200 min civarındadır” - deyə, Kazaryan qeyd edib.

Lakin erməni ekspertlərinin fikirncə sadalanan rəqəmlər rəsmi açıqlamadır. Müharibədən sonra ölkəni tərk edənlərin sayı hazırda 200 mini keçib. Buna səbəb isə təkcə iqtisadi vəziyyət deyil, artıq hər kəs Ermənistanda yeni müharibənin olacağı xofu ilə yaşayır.

Çünki ölkəni tərk edənlər arasında əkəsriyyət çoxluq kişilər təşkil edir, onun da 60 -70 faizi səfərbərlik yaşında olanlardır. Yəni, 35 yaşına qədərdir.

Qafqaz İnstitutunun direktoru, tanınmış ekspert Aleksandr İsgəndəryan “Qraparak”a verdiyi müsahibəsində bildirib ki, hökumət kerçək vəziyyəti gizlətməyə çalışır.

“Vətəndaşlar təkcə Rusiyaya deyil, İran, Gürcüstan, Suriya, hətta İran yolu ilə Türkiyə də qeyri-qanuni miqrasiya edirlər. Müharibədən sonra təkcə Abxaziyaya köç edənlərin sayı 20 mindən çoxdur. Fevral ayında miqrasiya edənlərin sayı isə rəsmi göstəricilərdən iki dəfə artıqdır” - deyə, ekspert bildirib.  

Xatırladaq ki, Ermənistan hökuməti səfərbərlik yaşında olanların ölkəni tərk etməsi ilə bağlı qanunları sərtləşdirib.

İndi Ermənistanda icazəsiz tərk etmək fərarilik sayılır və cinayət məcəlləsinə görə 7 ildən 11 ilə qədər həbslə cəzalandırılır.

Ermənistanda isə hələ də hərbi vəziyyətdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO