İşxan Verdyan separatçı rejimə nifrət etdiyinin səbəbini AÇIQLADI - VİDEO

İşxan Verdyan separatçı rejimə nifrət etdiyinin səbəbini AÇIQLADI - VİDEO

Hazırda oxunan: İşxan Verdyan separatçı rejimə nifrət etdiyinin səbəbini AÇIQLADI - VİDEO

144126

Erməni bloger İşxan Verdyan “Budrooo_news” Youtube kanalında Qarabağda kök salan separatçı rejimə (“Arsax”) nifrət etdiyinin səbəbini açıqlayıb.

Bizim.Media onun çıxışından bəzi məqamları sizə təqdim edir:

“Mənim üçün çox vacib bir mövzu var. Bu, mənim son yazıma aiddir. “Arsax”a (Qarabağdakı qondarma rejimi nəzərdə tutur) aid olan nəşrimə baxa bilərsiniz.

O yazı “Arsax”a nifrət edirəm” sözləri ilə başlayır. Bu, Telegramda çox böyük reaksiyaya səbəb oldu, kanalıma şiddətli hücum edildi. Bir müddət şərhləri söndürməli olduq, amma tezliklə onu bərpa edəcəyik. 

İndi mən izah edəcəyəm ki, niyə belə düşünürəm. Mən heç kimin adından danışmıram, öz adımdan danışıram, amma Ermənistandakı əhval-ruhiyyəni yaxşı bilirəm. Ermənistan istərdi ki, Qarabağ məsələsi tez həll olunsun.

“Arsax”ın qondarma konstitusiyası var. İncəsənət saraylarının hamısı guya buradadır. Onlar Azərbaycanın işğal etdikləri əraziləri də öz torpağı hesab edirlər. Yəni Ağdam, Cəbrayıl, Laçın, Qubadlı, Kəlbəcər, Zəngilan və Füzuli də onlarındır.
Təsəvvür edin, Ermənistanda da necə deyərlər, rəsmi olaraq bununla razılaşırlar.

Biz ermənilər Ağdamı viran etdik, Azərbaycanın talan edilmiş rayonlarını bombaladıq.

Əgər Azərbaycan hansısa erməni şəhərini, kəndini dağıtsaydı, bunu dünyada faciə kimi təqdim edərdik. Minalanmış torpaqlarda müharibədən sonra 300-ə yaxın azərbaycanlı həlak oldu. Bu gün dörd əsgərimizin yasını tuturuq.

Deyirlər ki, “Arsax” Urartunun ən qədim torpağıdır. Urartuların həqiqətən bizə aid olduğu sübut edilməyib. Bu, çeçenlərlə bağlı olan ərazidir. Urartudan əvvəl orada meymunlar yaşayıb. Onda gəlin, “Arsax”ı meymunlara qaytaraq, hamı oradan çıxsın. Meymunlardan əvvəl isə bakteriyalar yaşayıb. Deməli, “Arsax” onlarındır.

Ona görə də “Arsax”a nifrət edirəm. Onun varlığının Ermənistan respublikasına heç bir faydası yoxdur. “Arsax” ölümcül şişdir, ölkəm üçün xərçəng xəstəliyidir. 

Son olaraq deyirəm, Qarabağ Azərbaycan torpağıdır”.

Daha ətraflı videomaterialda:

 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO