Ermənistandan olan rəsmilər separatçıların zənginə cavab vermir.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın "Hetq" nəşrinin jurnalisti Edik Baqdasaryan bildirib:
"Mən “Artsax”ın iki fərqli “məmuru” ilə danışdım. Onlar ərzaqları, dərmanları tükəndiyi üçün yox, Ermənistan rəsmilərinin artıq onların zənglərinə cavab vermədiyi üçün hədsiz ümidsizlik içindədir.
Əvvəllər bütün instansiyalar bir-biri ilə sıx əlaqədə idilər, istənilən məsələ tez həllini tapırdı. İndi isə heç adi zənglərə cavab vermirlər. Başa düşürəm ki, bəlkə həqiqətən deməyə sözünüz yoxdur, daha heç bir məsələni həll edə bilmirsiniz, amma heç olmasa insanlarla danışın, həmvətənlərinizdən imtina etməyin.
İnsanlığın qətiyyən vəzifəyə aidiyyatı yoxdur. İnanın ki, sabah sizin bu vəzifəniz olmayacaq".
Bizim.Media
- A-
- A
- A+
Region
20:12 / 01.07.2023
Ermənistan rəsmiləri separatçıların zənginə CAVAB vermir
Hazırda oxunan: Ermənistan rəsmiləri separatçıların zənginə CAVAB vermir
Hazırda oxunan: Ermənistan rəsmiləri separatçıların zənginə CAVAB vermir
144076
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.