"Gürcüstan Azərbaycan və Ermənistan arasında vasitəçi olmağa hazırdır" - Qaribaşvili 

Hazırda oxunan: "Gürcüstan Azərbaycan və Ermənistan arasında vasitəçi olmağa hazırdır" - Qaribaşvili 

143946

"Gürcüstan lazım gələrsə, Ermənistan və Azərbaycan arasında vasitəçilik prosesinə qoşulmağa hazırdır".

Bizim.Media xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili parlamentdə çıxışı zamanı bildirib.

“Mən bu tribunadan tam hazır olduğumuzu bir daha açıq şəkildə təsdiq etmək istəyirəm. Lazım gələrsə, biz dostlarımız, iki ölkə arasındakı prosesə bir daha qoşulmağa hazırıq. Bu, çox vacib istiqamətdir”, - Gürcüstanın baş naziri bildirib.

Onun sözlərinə görə, Onun sözlərinə görə, Tbilisinin regionda gözəl əlaqələri var və bu əlaqələr müxtəlif layihələrin həyata keçirilməsi ilə daha da güclənir. Baş nazir qeyd edib ki, Azərbaycan, Türkiyə və Ermənistan ilə əməkdaşlıq gündən-günə intensivləşir.
Qaribaşvili, həmçinin öz ideyasını - dinc qonşuluq platformasını xatırladıb və bunu region üçün nümunəvi vasitəçilik variantı adlandırıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO