“Qarabağı Azərbaycan ərazisi kimi tanımaqla, müharibənin qarşısını ala bilərdik” – Paşinyan

“Qarabağı Azərbaycan ərazisi kimi tanımaqla, müharibənin qarşısını ala bilərdik” – Paşinyan

Hazırda oxunan: “Qarabağı Azərbaycan ərazisi kimi tanımaqla, müharibənin qarşısını ala bilərdik” – Paşinyan

143514

“Qarabağın Azərbaycandan ayrı olması iddiasından imtina etmək bəlkə də müharibənin qarşısını ala bilərdi”. 

Bizim.Media “Sputnik Armenia”ya istinadəm xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Ermənistan ölkə parlamentində 44 günlük müharibənin şərtlərini araşdıran istintaq komissiyasının növbəti iclasında bildirib. 

Onun sözlərinə görə, hərbi əməliyyatların başlamaması üçün nəzəri olaraq imkan olub. 

Paşinyan qeyd erdib ki, əgər Ermənistan tərəfi danışıqlar zamanı Qarabağın Azərbaycanın tərkibində olması variantını nəzərdən keçirsəydi, 44 günlük müharibənin qarşısını almaq olardı: 

“Biz deyə bilərik ki, Qarabağın Azərbaycandan ayrı olması ideyasını qəbul etmirik və əlbəttə, bu, müharibənin baş verməyəcəyinə zəmanət vermirdi, lakin bunun üçün nəzəri imkan yaratmış olardı”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO