İşdən çıxarılan Qasparyandan ilk açıqlama: \'\'Xidmətimi fərqli bir statusda davam etdirəcəyəm”

İşdən çıxarılan Qasparyandan ilk açıqlama: \'\'Xidmətimi fərqli bir statusda davam etdirəcəyəm”

Hazırda oxunan: İşdən çıxarılan Qasparyandan ilk açıqlama: \'\'Xidmətimi fərqli bir statusda davam etdirəcəyəm”

14298

Xəbər verdiyimiz kimi, bu gün Ermənistan Nazirlər Kabineti “Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi, general-polkovnik Onik Qasparyan 10 mart tarixindən etibarən vəzifəsindən azad edilmiş sayılır” başlığı ilə bir bəyanat yayıb.

Bizim.Media xəbər verir ki, bəyanatdan az sonra Onik Qasparyan ölkə ictimaiyyətinə müraciət edib.
 

MÖVZU İLƏ BAĞLI:

“Onik Qasparyan bu gündən vəzifəsindən azad edilmiş sayılır” – PAŞİNYAN


Müraciətdə deyilir:

“Əziz həmvətənlər, silahdaşlar. 10.03.2021-ci ildə Ermənistan Respublikası Hökumətinin rəsmi saytı mənim vəzifəmdən qanunla azad edildiyim haqda bir açıqlama verib.

Mənim mövqeyim dəyişməzdir: həm yayımlanan bəyanat, həm də işdən azad olunma prosesi konstitusiyaya ziddir.

Bu da bir daha təsdiq edir ki, Vətən üçün mövcud böhrandan çıxış yolu yalnız Baş nazirinin istefası və erkən parlament seçkilərinin keçirilməsidir.

Konstitusiyanın və qanunun aliliyini təmin etmək, yalnız qanunlar əsasında güc tətbiq etmək üçün ölkənin İnzibati Məhkəməsinə müraciət etdim.

Vətənə və erməni xalqına xidmətimi fərqli bir statusda davam etdirəcəyəm.

Hörmətli generallar, zabitlər və əsgərlər. Silahlı Qüvvələrin müstəsna missiyası Vətənin təhlükəsizliyini təmin etməkdir. Buna görə də Silahlı Qüvvələrin inkişafı naminə sizi yalnız Vətənə və xalqa fədakar xidmət etməyə çağırıram”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO