Zəngəzurda yeni Rusiya hərbi obyekti yaradıldı - FOTOFAKT

Zəngəzurda yeni Rusiya hərbi obyekti yaradıldı - FOTOFAKT

Hazırda oxunan: Zəngəzurda yeni Rusiya hərbi obyekti yaradıldı - FOTOFAKT

14281

Ermənistanın cənub-şərqində ikinci Rusiya hərbi hava bazası meydana çıxıb.

Bizim.Media xəbər verir ki, bir neçə saat əvvəl ''Avia.pro'' xəbər agentliyi Zəngəzur mahalının Sisyan şəhərinin (Sünik vilayəti) yaxınlığında çəkilən və yeni Rusiya hərbi bazasına məxsus olan fotoları əldə edib.
 

MÖVZU İLƏ BAĞLI:

“Onik Qasparyan bu gündən vəzifəsindən azad edilmiş sayılır” – PAŞİNYAN


Mənbə yazır ki, Rusiya Aerokosmik Qüvvələrinin helikopterlərinin hərbi obyektdə görünməsi bunu sübut edir. Ərazidə bir neçə yüzdən artıq rus hərbçisinin olduğu da ehtimal edilir.

Qeyd edək ki, son zamanlar rəsmi İrəvan ölkədə rus ordusu üçün yeni baza yaradılmayacağını açıqlamışdı. Bu arada Rusiya bəyan edib ki, Gümrüdəki mövcud bazası genişləndiriləcək.

Ancaq fotolardan görünür ki, Rusiyaya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində təhlükəsizliyi gücləndirmək məqsədi ilə ikinci hərbi obyekt inşa etmək fürsəti verilib.

Hazırda yeni Rusiya hərbi aviabazasının hansı məqsədlə tikildiyi barədə rəsmi açıqlamalar verilmir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO