Putinin həbsi ilə bağlı layihə Ermənistan parlamentinə GÖNDƏRİLƏCƏK

Putinin həbsi ilə bağlı layihə Ermənistan parlamentinə GÖNDƏRİLƏCƏK

Hazırda oxunan: Putinin həbsi ilə bağlı layihə Ermənistan parlamentinə GÖNDƏRİLƏCƏK

142734

Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu (Əsasnaməsi) yaxın həftələrdə ratifikasiya olunmaq üçün Ermənistan parlamentinə göndəriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə ədliyyə naziri Qriqor Minasyan jurnalistlərə açıqlamasında danışıb.

Xatırladaq ki, bu il martın 24-də Ermənistan Konstitusiya Məhkəməsi bəyan edib ki, Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu ölkə Konstitusiyasına uyğundur və hökumət ratifikasiya prosesini davam etdirə bilər. 

Rusiya Xarici İşlər Nazirliyi isə mövzu ilə bağlı bildirib ki, İrəvanın Roma Statutuna qoşulmaq planları Moskvada “tamamilə qəbuledilməz” hesab olunur.

Qeyd edək ki, əgər Ermənistan parlamenti Roma Statutunu qəbul etsə, o zaman Putinin Ermənistana yolu bağlanacaq. Gəldiyi halda isə Paşinyan hakimiyyəti rəsmi olaraq onu həbs edib Haaqa məhkəməsinə təhvil verməlidir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO