Paşinyan bu dəfə Serj Sarkisyan və onun komandasını İTTİHAM ETDİ

Paşinyan bu dəfə Serj Sarkisyan və onun komandasını İTTİHAM ETDİ

Hazırda oxunan: Paşinyan bu dəfə Serj Sarkisyan və onun komandasını İTTİHAM ETDİ

142371

Ermənistanın baş naziri Nikol Paşinyan üçüncü prezident Serj Sarkisyanı və onun komandasını Azərbaycana müharibəyə daha yaxşı hazırlaşmaq imkanı verməkdə ittiham edib. 

Bizim.Media xəbər verir ki, o, bu barədə 44 günlük müharibənin şəraitini araşdıran komissiyanın iclasında danışıb.

“Sarkisyan və onun komandası Qarabağ probleminin həlli kontekstində şübhəli bir şüar irəli sürdülər: “pis” danışıqlar “yaxşı müharibə”dən yaxşıdır. Onlar bununla Bakıya müharibəyə hazırlaşmaq üçün vaxt verdiklərini anlamadılar və ya başa düşmədilər”, deyə o, qeyd edib.
Baş nazir xatırladıb ki, Ermənistan tərəfi Sarkisyanın hakimiyyəti illərində çoxsaylı risklər görüb və onları idarə etməyə, Qarabağa aralıq status verməyə çalışıb, lakin bu, baş tutmayıb. 

Onun sözlərinə görə, Qarabağın statusunu müzakirə etmədən ən azı 5 rayonun Azərbaycana qaytarılması təklifinə növbəti dəfə Ermənistan "yox" dedikdən sonra 2016-cı ilin aprel müharibəsi başladı, rəsmi Bakı 800 hektar ərazini geri qaytardı və atəşkəslə bağlı şifahi barışıq əldə olundu.

Bundan əvvəl Paşinyan birinci prezident Levon Ter-Petrosyanı Qarabağ prosesini dolaşığa salmaqda, ikinci prezident Robert Köçəryanı isə Qarabağı danışıqlardan kənarlaşdırmaqda ittiham edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO