Hakim “Mənim addımım” parlament fraksiyasının bir qrup deputatı təhlükəsizliklərinin təhdid altında olduğuna görə Ermənistanın baş naziri Nikol Paşinyana şikayət ediblər.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “news.am” saytı yayıb.
MÖVZU İLƏ BAĞLI:
Ermənilər Göyçə gölünün sahilində aeroport tikəcək – TƏKLİF
“Joxovurd" qəzeti isə mövzunu inkişaf etdirərək belə yazır:
“Son vaxtlar küçələrə axışan ictimaiyyət hakim blokun deputatlarına qarşı aqressiv münasibət göstərir. Sonuncu dəfə Parlamentin girişində belə bir hadisə baş verib.
Müxtəlif vaxtlarda xalqın qəzəbi ilə üzləşən deputatlar - Sona Kazaryan, Kristine Poqosyan, Nazeni Bağdasaryan və digərləri Baş nazirdən təhlükəsizliklərinə zəmanət istəyiblər.
Paşinyan onlara hüquq-mühafizə orqanları ilə əlaqə saxlamağı və polisə yazılı halda şikayət etməyi məsləhət görüb. Artıq onların bəziləri polisə müraciət ediblər.
Xatırladaq ki, Ovik Ağazaryana, Akop Aslanyana, həmçinin Kristine Poqosyanın oğluna qarşı “hücumlar” olub”.
Bizim.Media