“Ay ermənilər, gec olmadan oyanın. Paşinyan Ermənistanı tamamilə məhv edir, dağıdır”
Bizim.Media “yerkramas”a istnadən xəbər verir ki, bu xəbərdarlıqla erməni politoloq “Zamanın məğzi” hərəkatının lideri Sergey Kurqinyan “YouTube” kanallarından birində erməni xalqına müraciət edib.
MÖVZU İLƏ BAĞLI:
Paşinyanın belə etmək haqqı yoxdur, o, diktator deyil ki? - SORĞU
Çıxışın müəllifi bildirib ki, Paşinyan Soros agentidir. Kurqinyanın fikrincə, Nikol ABŞ, Britaniya, Türkiyə və Azərbaycanın maraqlarına xidmət edən xəfiyyədir.
“Qazeta.ru” efirində Ermənistan hökumətini danlayan Sergey Paşinyanın heç nə adlandırıb:
“Paşinyanın baş nazir seçilməsi onun lap asan idarə olıunan ən ucuz məxluq olması ilə bağlıdır. Paşinyanı Sorosun ona seçdiyi silahdaşları ilə idarə edir, otarırlar. Bu iyrənc canlını (Paşinyanı) Qarabağın verilməsini şərtləndirən bircə addımı üçün yetişdiriblər.
Ona demişdilər ki, Qarabağa öz kadrlarını təyin elə və müharibə başlayanda onlarla birgə kolluqların arasında gizlən.
Nikol bütün bunlara əməl etdi. İndi onu kolluqdan çıxarıb güllələmək lazımdır”, - deyə Kurqinyan ermənilərə müraciət edib ki, Paşinyanı devirsinlər.
Bizim.Media