Ermənistanda bir qadının dediyi həqiqətləri həzm edə bilmirlər: “Şuşa və Qarabağ Azərbaycanındır”

Ermənistanda bir qadının dediyi həqiqətləri həzm edə bilmirlər: “Şuşa və Qarabağ Azərbaycanındır”

Hazırda oxunan: Ermənistanda bir qadının dediyi həqiqətləri həzm edə bilmirlər: “Şuşa və Qarabağ Azərbaycanındır”

14084

Ermənistanda martın 1-də keçirilən etiraz aksiyasında yerli mediaya açıqlama verən və Şuşanın, eyni zamanda Qarabağın (Ermənistan mediası bunu “Artsax” adlandırır) Azərbaycana aid olduğunu bildirən qadın tənqid atəşinə tutulub və onun süpürgəci olduğu xüsusi vurğulanıb.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı “news.am” saytı Mediaport Telegram kanalına istinadən yazıb.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanın başqa yolu yoxdur – Partiya lideri xəbərdarlıq etdi


Mənbə bildirir ki, Şuşa və “Artsax”ı “Azərbaycan” adlandıran qadın Xaçatur Sukiasyanın evində işləyir.

“1 mart tarixində Nikol Paşinyanın mitinqinə qatılan,“ Şuşa, əlbəttə ki, Azərbaycanındır, “Artsax” da Azərbaycana aiddir ”deyən qadın Paşinyanın ortağı, oliqarx Xaçatur Sukiasyanın evində çalışan süpürgəçilərdən biridir.

Qadın adi bir vətəndaş olaraq mitinqə aparılıb, ona Paşinyana dəstək bəyanatı verməsi tapşırılıb, o isə qalmaqallı fikirlər söyləyərək tənqid hədəfinə çevrilib”. Mediaport belə iddia ilə çıxış edib.

Haşiyə: Görünür, Ermənistan ictimaiyyəti hələ adi bir süpürgəçinin dediyi həqiqətləri həzm etmək iqtidarında deyil.

Belə həqiqətlər isə zaman-zaman ölkənin digər vətəndaşları tərəfindən səslənəcək və nəticədə Azərbaycana qarşı haqsız olduqlarını anlayacaqlar.

Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO