“Maariflənmiş Ermənistan” müxalifət partiyası və eyni adlı fraksiyanın lideri Edmon Marukyan təqiblərə məruz qaldığını bildirib.
Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, o, bu barədə Facebook səhifəsində məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
Ermənistan parlamentinin qarşısında etirazlar başladı - Qumbara və snayperlər gətirildi
Marukyan bildirib ki, növbədənkənar seçkilərin keçirilməsi təklifi ilə çıxışından sonra müəyyən qüvvələr onu hədələyir.
“Ordunun tanklarla paytaxta hücum edib ölkədə hakimiyyəti ələ keçirəcəyini ümid edən qüvvələr var. Belə təqdirdə bu, hərbi çevriliş kimi qiymətləndiriləcəkdir. Həm iqtidarda, həm də müxalifətdə seçkilərə hazır olmayanlar var”,- deyə o, qeyd edib.
Marukyan hökuməti dəyişməyin yeganə yolunun seçkilərdən keçdiyinə əmindir.
"Bunun başqa yolu yoxdur, əks halda qurbana çevriləcəyik",- deyə o, vurğulayıb.
Bizim.Media