Paşinyanın Ankara səfərinə sabiq erməni nazirdən REAKSİYA: "Özünü təhqir etdi"

Hazırda oxunan: Paşinyanın Ankara səfərinə sabiq erməni nazirdən REAKSİYA: "Özünü təhqir etdi"

139852

"Türkiyə prezidentinin andiçmə mərasimində Ermənistanın baş naziri erməni xalqını deyil, özünü təmsil edib. Hətta Nikol Paşinyanın partiyası daxilində onun Ankaraya səfərinin əleyhinə olanlar var". 

Bizim.Media xəbər verir ki, bu barədə keçmiş xarici işlər naziri Vardan Oskanyan sosial şəbəkədə yazıb.

Diplomatın sözlərinə görə, hətta məsələnin emosional və mənəvi komponentlərini bir kənara qoysaq, Ankaraya getməmək üçün çoxlu sayda siyasi və diplomatik səbəblər var idi.

Oskanyanın nöqteyi-nəzərindən Paşinyan bu səfəri ilə diplomatiyadan çox uzaq olduğunu bir daha göstərdi:

"Əgər hökumət başçısının minimal diplomatik bacarığı olsaydı, o zaman Ermənistan müharibədən yayınardı, keçmiş "DQMV"in sərhədləri daxilində "Dağlıq Qarabağ", 20 kilometr enində Laçın dəhlizi, Azərbaycan, Türkiyə və beynəlxalq ictimaiyyət tərəfindən tanınan, BMT Təhlükəsizlik Şurasının zəmanət verdiyi aralıq statusu olardı, Türkiyə və Azərbaycanla sərhədlər açılardı".

"Paşinyan başa düşmədi ki, zəlzələdən sonra yardım göstərməklə və Ərdoğanın andiçmə mərasimində iştirak etməklə, Türkiyəni münasibətləri normallaşdırmağa sövq edə bilməz. Türkiyə lazım bildiyi zaman addım atacaq. Üstəlik, Ermənistan-Türkiyə sərhədinin açılmasının açarı və diplomatik münasibətlərin qurulması Bakının əlindədir. İndi Qarabağ Azərbaycana təhvil verildiyinə və Bakının digər tələblərinin tezliklə təmin ediləcəyinə görə Türkiyə səfərdən asılı olmayaraq sərhədi açacaq", - Oskanyan qeyd edib.
Keçmiş nazirin sözlərinə görə, Ərdoğan sözün əsl mənasında təkcə erməni xalqını deyil, həm də özünü təhqir edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO