Ermənistan 2 diversantının Azərbaycan ərazisinə keçdiyini təsdiqləyib

Ermənistan 2 diversantının Azərbaycan ərazisinə keçdiyini təsdiqləyib

Hazırda oxunan: Ermənistan 2 diversantının Azərbaycan ərazisinə keçdiyini təsdiqləyib

138228

Ermənistanın Müdafiə Nazirliyi 2 diversantının Azərbaycan ərazisinə keçdiyini təsdiqləyib.

Bizim.Media xəbər verir ki, bir qədər əvvəl diversantların Azərbaycan ərazisinə keçdiyi təkzib edilirdi. Lakin Azərbaycan DSX-nin açıqlamasından sonra fakt etiraf edilib.

Qeyd edək ki, ötən axşam bir qrup erməni diversantı Zəngilan istiqamətində Azərbaycanın dövlət sərhədini yarıb keçməyə cəhd edib. Ordumuz tərəfindən düşmən diversiya-kəşfiyyat qrupu zərərsizləşdirilib və iki diversant saxlanılıb.
DSX-dən verilən məlumatda bildirilir ki, sərhəd-döyüş məntəqəsində xidmətdə olan hərbi qulluqçuların sayıqlığı nəticəsində təxribat-diversiya qrupunun hərəkəti vaxtında aşkarlanaraq zəruri tədbirlər görülmüş və nəticədə Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu saxlanılıb.

Diversiya qrupunun digər üzvləri ərazinin mürəkkəb relyefə malik olmasından istifadə edərək geri qaçıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO