Erməni bloger Qazax rayonu ilə sərhəddə reportaj hazırlayıb.
Bizim.Media xəbər verir ki, reportaj sosial şəbəkədə yayımlanıb.
Reportajın başlanğıcında erməni hazırda Ayqepar kəndində olduğunu və buranın Azərbaycanla sərhəddə yerləşdiyini deyib:
"Buradan o yanda Azərbaycandır. Ora isə yol bağlıdır. Görürsünüz ki, burada yeni yol nişanı quraşdırılıb. Şəmkirə (Şamxor yazılıb) 58, Gəncəyə 98, Bakıya isə 458 kilometrdir. Əvvəllər belə nişan yox idi", deyə o, qeyd edib.
O, Berd (əvvəlki adı Tovuzqala) rayonunda da çəkiliş edib:
"Biz hazırda Azərbaycandan 50 metr aralıda, Ayqovit kəndinin yaxınlığındayıq. Burada da yolun kənarında "Azərbaycan sərhədi" adlı nişan qoyulub".
Bloger telefonunda xəritəni göstərək bildirir ki, buradan bir addım o yanda, hazırda Ermənistanın nəzarətində olan Azərbaycan torpağıdır:
"Bütün bu anklavlar 1990-cı illərdə güc yolu ilə ələ keçirilib. Əgər Azərbaycanla sülh müqaviləsi imzalansa, bu kəndlərin taleyi necə olacaq? İndi həmin evlərdə ermənilər yaşayır. Belə çıxır ki, insanlar başqa yerə köçəcəklər. Baş nazir Nikol Paşinyan Qazaxın 7 kəndi də daxil olmaqla Naxçıvanın Kərki kəndini də geri qaytarmaq istəyir".
Qeyd edək ki, Qazax rayonunun 7 kəndi (Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli) və Naxçıvanın Kərki kəndi Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib.
Bizim.Media
- A-
- A
- A+
Region
13:46 / 24.05.2023
Erməni blogerin Qazax rayonu ilə sərhəddə hazırladığı reportaj MARAQ DOĞURDU - VİDEO
Hazırda oxunan: Erməni blogerin Qazax rayonu ilə sərhəddə hazırladığı reportaj MARAQ DOĞURDU - VİDEO
Hazırda oxunan: Erməni blogerin Qazax rayonu ilə sərhəddə hazırladığı reportaj MARAQ DOĞURDU - VİDEO
137714
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.