Öz rəhbərinizin qadın olmasını istəyirsinizmi? – ARAŞDIRMA

Öz rəhbərinizin qadın olmasını istəyirsinizmi? – ARAŞDIRMA

Hazırda oxunan: Öz rəhbərinizin qadın olmasını istəyirsinizmi? – ARAŞDIRMA

13707

Rusiya vətəndaşlarının yarısından çoxu bir qadının rəhbərliyi altında işləmək istəməzdi.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi Sinerji Universitetinin analitik mərkəzinin araşdırmasına istinadən yayıb.

"Sosioloqlar rusların 51,2%-nin bir qadının rəhbərliyi altında işləmək istəmədiyini aşkarlayıblar. Əks fikir sorğu iştirakçılarının 20,6%-i tərəfindən ifadə edilib. Respondentlərin 28,2% -i liderin cinsiyyətinin həqiqətən vacib olmadığını deyiblər”. Hesabatda belə deyilir.

 

MÖVZU İLƏ BAĞLI:

Palma yağlarının təhlükəsi – “Azərbaycanda 2 milyon ton süd çatışmazlığı var” - ARAŞDIRMA


Eyni zamanda, sorğu iştirakçılarının 86,4%-i bir qadının rəhbərliyi altında işləmək təcrübəsinə sahib olduqlarını qeyd ediblər. Onların 43,8% -i qadınların öz vəzifələrini yaxşı icra etdiyini vurğulayıblar. 12% isə pis çalışdıqlarını deyiblər. Qalanları bu suala cavab verməyiblər.

Rusların 58.4%-i hesab edir ki, onlar üçün liderin yaşı çox vacibdir. Respondentlərin yarıdan çoxu 40-50 yaşı, üçdə biri isə 30-40 yaşı ideal adlandırıblar. 

Respondentlərin fikrincə, qadın liderlər gözəllik, təhsil və elm, ticarət, tibb, eləcə də incəsənət, əyləncə və media kimi fəaliyyət sahələrində ən təsirli ola bilərlər. Eyni zamanda, anket iştirakçıları qadın menecerlərin inşaat, informasiya texnologiyaları və siyasət sahələrində zəif fəaliyyət göstərdiklərinə inanırlar.
 

Əldə edilən məlumatlar Rusiya cəmiyyətində mühafizəkar fikirlərin üstünlük təşkil etdiyini göstərir. Bu vəziyyət qismən tarixi köklərə malikdir. Arvad, ana, ev sahibəsi – bu, zərif cinsin ən tanış obrazıdır. 


Araşdırma müəllifləri kişiləri ən uğurlu, qətiyyətli və məqsədyönlü menecerlər kimi qəbul ediblər. 

Sorğuda 20 ilə 55 yaş arasında 5 mindən çox insan iştirak edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO