İranda maneken və fotoqraf fəaliyyəti ilə məşğul olan 41 nəfər saxlanılıb.
Bizim.Media İran mətbutaına istinadla xəbər verir ki, Sepah (İran İslam İnqilabı Keşikçiləri Korpusu) saxlıanılan şəxsləri “sosial mediada şəri qaydalara və islam mədəniyyətinə zidd məzmunda paylaşım”lar ittihamı ilə qərargahına çağırıb.
MÖVZU İLƏ BAĞLI:
İranda 5,6 bal gücündə zəlzələ: elektrik enerjisi kəsildi
Həmədan əyaləti “Sepah”ının sözçüsü Əliəkbər Kərimpur “saxlanılan 41 nəfər müxtəlif studiyalar və fotoqrafiya mərkəzlərində qanunsuz və islam mədəniyyətinə zidd fəaliyyətlərlə məşqul olublar” deyə bildirib.
O, dindirilənlərdən biri barəsində cinayət işinin açıldığını və hüquqi proseslərin keçirilməsi üçün məhkəməyə göndərildiyini qeyd edib.
Məlumatda saxlanılanların kimliyi barədə heç bir açıqlama verilməyib.
Bizim.Media