Ermənistanda daha bir xaos: Sarkisyan Köçəryana QARŞI

Ermənistanda daha bir xaos: Sarkisyan Köçəryana QARŞI

Hazırda oxunan: Ermənistanda daha bir xaos: Sarkisyan Köçəryana QARŞI

134279

Erməni müxalifəti sözdə Paşinyanı postundan atmaq istəyir, reallıqda isə  bir-biri ilə vuruşur. Daha dəqiq desək, Sarkisyan Köçəryanı “müqavimət liderliyi”ndən sıxışdırmağa çalışır.

Bizim.Media xəbər verir ki, bu fikirlər ermənilərə məxsus Telegram kanalında yer alıb.

Mənbə parlamentdəki iki müxalifət fraksiyası - Köçəryanın “Ermənistan” bloku və Sarkisyanın “Mənim şərəfim var” fraksiyasi arasında parçalanmanın getdiyini yazır.

“Əgər seçkilərdən sonra iki müxalifət düşərgəsi bir-biri ilə hər hansı məsələni müzakirə edibsə, hakimiyyətə qarşı vahid cəbhədə birləşibsə, bu gün bir-birindən çox uzaqlaşıb.

Bu, ən çox Robert Köçəryan və Serj Sarkisyan arasındakı münasibətlərdə özünü göstərir.

Sarkisyan yaxşı bilir ki, Köçəryan Paşinyana real alternativ kimi möhkəmlənə bilməyib.  Bu baxımdan hazırkı vəziyyətdən istifadə etmək fikrindədir", - deyə nəşr qeyd edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO