Paşinyan dünən Putinə zəng edib?

Paşinyan dünən Putinə zəng edib?

Hazırda oxunan: Paşinyan dünən Putinə zəng edib?

132583

Ötən gecə Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Bu informasiyanı ermənilərə məxsus Telegram kanalları yayıb. Rəsmi İrəvan telefon zəngi ilə bağlı açıqlama verməyib. İddiaya görə tərəflər Laçın yolu ətrafındakı vəziyyəti müzakirə ediblər.

Bizim.Media xəbər verir ki, Paşinyana “Moskvanın bu məsələdə mövqeyi” barədə məlumat verilib. 

Sızıntının Qarabağ separatçılarından gəldiyi bildirilir. Arayik Arutyunyan şərikləri ilə baş verənləri müzakirə edərək onlara bildirib ki, Paşinyanın Putinlə söhbəti olub.

Ermənistanın baş naziri isə Moskvanın mövqeyi barədə Arutyunyana məlumat verəcəyini vəd edib. 

Separatçılar hazırda onlara nə deyiləcəyini səbirsizliklə gözləyirlər.

Yeri gəlmişkən, dünəndən bəri danışıqla bağlı heç bir məlumatın olmamasına əsaslansaq, Moskvanın Ermənistanla sərhəddə quraşdırılan Azərbaycanın nəzarət-buraxılış məntəqəsi ilə bağlı mövqeyi Ermənistanı və separatçıları məyus edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO