Azat kəndindəki hərbi hissədə baş verən yanğında həlak olan erməni hərbçilərin valideynləri səhər saatlarından etibarən Ermənistan hökumətinin binası önündə Ermənistanın baş naziri və müdafiə naziri ilə görüş tələbi ilə etiraz aksiyası keçirirlər.
Bizim.Media xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Belə ki, soba yandırmaq üçün benzin işlətdiyi iddia edilən kapitanın ehtiyatsızlığı ucbatından 15 əsgərin yanması ilə bağlı hakimiyyətin rəsmi açıqlaması ilə razılaşmırlar. Onların fikrincə, ibtidai istintaq çoxlu suallar doğurur.
Nazirlər Kabinetindən heç bir cavab almayan valideynlər mərkəzi küçələrdən birini bağlayıblar.
Bizim.Media
- A-
- A
- A+
Region
14:51 / 21.04.2023
Yanaraq ölən erməni hərbçilərinin valideynləri ETİRAZA QALXDI
Hazırda oxunan: Yanaraq ölən erməni hərbçilərinin valideynləri ETİRAZA QALXDI
Hazırda oxunan: Yanaraq ölən erməni hərbçilərinin valideynləri ETİRAZA QALXDI
132078
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.