“Qarabağdakı rus sülhməramlıları hər məsələyə xüsusi diqqət ayırır”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin sözcüsü Mariya Zaxarova jurnalistlərin suallarını cavablandırarkən deyib.
MÖVZU İLƏ BAĞLI:
Zaxarovadan erməni jurnalistə: "Bunu siz məndən yaxşı bilirsiniz"
Zaxarova Qarabağa Azərbaycan tərəfinin icazəsi olmadan Ermənistan tərəfdən heç kəsin buraxılmaması məsələsinə də aydınlıq gətirib.
“Biz hazırda özümüzə əsas sualı verməliyik. Biz nə istəyirik? Qarabağda turizmi inkişaf etdirmək, yoxsa regionda sülhü təmin edib, yurdundan qaçqın düşən insanları evlərinə yerləşdirmək? Düşünürəm ki, ikinci məsələ hamı üçün daha vacibdir.
Rus sülhməramlıları da bu işlə məşğuldurlar. Mərhələ-mərhələ həll olunacaq hələ çox məsələ var. Ona görə burada provakasiyalar yaranmaqdadır.
Bizdə jurnalistlərin dünyanın bütün nöqtələrində çalışmaqlarını istəyirik. Lakin hər şeydən əvvəl bizim əsas məsələmiz var. Bundan diqqətimizi yayındırsaq hər şey dağıla bilər. Bu münaqişə hər iki ölkə üçün baha başa gəlib”, - deyə Zaxarova qeyd edib.
Vüsalə Balayeva, Bizim.Media