İranın 12 şəhərində məktəblərə kimyəvi HÜCUM OLUB 

İranın 12 şəhərində məktəblərə kimyəvi HÜCUM OLUB 

Hazırda oxunan: İranın 12 şəhərində məktəblərə kimyəvi HÜCUM OLUB 

131626

İranda məktəbli qızlar hələ də zəhərli qaz hücumlarının hədəfindədirlər. Belə ki, İranın ən azı 12 şəhərindəki qız məktəblərində zəhərlənmə qeydə alınıb. 

Bizim.Media xəbər verir ki, bu barədə teleqram kanallarında məlumat və görüntülər yayılıb. 

Təbriz, Urmu, Kərəc, Bəykəndi, Saqqız, habelə İranın İsfahan, Sənəndəc, Kirmanşah, Mahdəşt, Dezful, Gilanqərb, Divandərə və digər şəhərlərində yüzlərlə orta məktəb şagirdinin zəhərləndiyi bildirilib. 

Qeyd olunub ki, Təbrizin “Asiman” orta məktəbində övladları zəhərlənən valideynlər məktəbin önünə toplaşaraq təcili yardım maşınını gözləyiblər.

Hadisədən sonra məktəbin direktoru şagirdlərə küçəyə çıxmağa icazə verməyib. Övladlarının vəziyyəti ilə bağlı məlumat ala bilməyən valideynlər etiraz ediblər. İran İslam Respublikasının hakimiyyət orqanları qız məktəblərinə qaz hücumlarının olmasını təkzib edir və cinayətkarların müəyyən edilməsi üçün heç bir təsirli tədbir görmür. 
Qeyd edək ki, bu günədək 28 əyalətin 100 şəhərinin 250-dən çox məktəbində 5 mindən çox qız şagird zəhərlənib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO